Sabah müharibədən zərər çəkən 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, ukraynalı uşaqlar düşərgələrə yerləşdiriləcəklər və Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcəklər.