11 Avqust 2023 17:57
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsi bu il “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinin keçirildiyini xatırladıb.

Bildirilib ki, yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib. Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb.

Komitədən qeyd olunub ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər