Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Teleqraf.com Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Gələnlərin 32,8 %-i Rusiya Federasiyası, 18,2 %-i Türkiyə, 7,4 %-i İran, 4,9 %-i Hindistan, 4,7 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 2,4 %-i Qazaxıstan, 2,3 %-i Pakistan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8 %-i Özbəkistan, hər birindən 1,5 % olmaqla İsrail və Ukrayna, 1,4 %-i Belarus, 1,3 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,5 %-ni kişilər, 29,5 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,3 dəfə, Türkmənistandan - 3,8 dəfə, Hindistandan - 2,6 dəfə, Belarusdan - 2 dəfə, Özbəkistandan - 1,9 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, İsraildən - 44,2 %, ABŞ-dan - 38,7 %, Gürcüstandan - 34,5 %, Böyük Britaniyadan - 29,2 %, Küveytdən - 26,6 %, Türkiyədən - 18,8 %, Birləşmiş Ərəb Əmirliklərindən - 15,8 %, Pakistandan - 6,3 % artıb.
2022-ci ilin 7 ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5 % artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6 % azalaraq 185,4 min nəfər olub.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.