13 Sentyabr 2023 22:00
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Sağlamlıq Mərkəzinin vəzifəli şəxsləri işdən azad ediliblər.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Babayev işdən çıxarılıb.

Eyni zamanda S.Sadıxovun digər əmri ilə mərkəzin baş həkimin vəzifələrini müvəqqəti icra edən Mətanət Səfərova və baş mühasib Samil Əliyev işdən azad olunublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər