Doğulandan Əsgəranda yaşamışam. Azərbaycanlılardan ancaq yaxşılıq görmüşəm.
Teleqraf.com xəbər verir ki, bunu Report-a açıqlamasında Qarabağın erməniəsilli sakini Serjik Qriqoryan deyib.
O bildirib ki, Xankəndiyə bir daha qayıtmaq istəmir:
“Yaşım 60-dan çoxdur. Əsgəranda doğulmuşam və orda da yaşayırdım. Azərbaycanlılarla çox işləmişəm. Traktorçu olaraq çalışırdım. Mən azərbaycanlıların ancaq yaxşılığını istəyirəm, onların mənə çox xeyri dəyib”.
S.Qriqoryan bildirib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərkən ona heç bir maneə yaşadılmayıb:
“Burdan keçəndə heç bir problem yaratmadılar. Qayıtmaq fikrim yoxdur”.