23 Oktyabr 2023 19:25
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında bildirib.

Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb. Baş prokuror işğal bitsə də, onun ağır fəsadlarının hələ də qalmaqda olduğunu bildirib. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib.

Həmçinin, Baş prokuror Azərbaycan Ordusu tərəfindən 1 ay öncə lokal xarakterli antiterror tədbirlərinə başlanıldığı və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirilərək ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu xüsusi vurğulayıb.

Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub.

Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını, bugün həmin ərazilərdə ölkə rəhbərliyinin diqqət və qayğısı ilə sürətli yenidənqurma işlərinin uğurla aparıldığı vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər