“Qərbi azərbaycanlılara qarşı aparılmış soyqırımı və digər cinayət hadisələri ilə bağlı bir neçə maddə üzrə cinayət işi başlanılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokurorun müavini Elmar Camalov Bakıda keçirilən "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatı"nın təqdimatında deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanında da azərbaycanlıların didərgin salınması, əsir və girovlara qarşı işgəncələr verilməsi və digər hadisələrlə əlaqədar cinayət işlərinin istintaqları aparılmaqdadır.