2 Noyabr 2023 18:27
9 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyanın bir çox ölkələrində pensiya yaş həddi 65 və daha yüksəkdir, habelə əksər ölkələrdə pensiya yaşı mərhələli şəkildə artırılır.

Teleqraf.com xəbər verir ki, Azərbaycan qanunvericiliyində pensiya yaşı kişilər üzrə 65, qadınlar üzrə 63,5 yaş olsa da, daha erkən dövrdə pensiya hüququ əldə edə bilən bir çox kateqoriyalar var.

Nəticədə pensiya təyinatı zamanı pensiya yaş həddi qanunda qeyd edilən normativ yaşdan daha aşağı şəkiidə özünü göstərir. 2023-cü ilin ilk yarımilində pensiya təyinatı zamanı çəkili orta yaş həddi 62,6 yaş təşkil edib.

Kişilər üzrə 62,8 yaş olmaqla normativ yaşdan 2,2 il, qadınlar üzrə 62,5 yaş olmaqla 1 il daha az olub.

Yaşa görə pensiya istisna olmaqla, digər 2 növ pensiyada - əlilliyə və ailə başçısını itirməyə görə pensiya növlərində ümumiyyətlə pensiya yaş həddi yoxdur. Əlillik hansı yaşda baş vermişdirsə, əlilliyə görə pensiya da həmin yaşdan hesab edilir. Yaxud ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvü 1 yaşında, hətta bir neçə aylıq, bir günlük belə ola bilir.

Qeyd edək ki, pensiyalar üzrə xərclənən illik vəsait 2017-ci ildəki 3 mlrd. 289 mln. manatdan ötən dövrdə 2.6 mlrd. manat (80 faiz) artaraq 2023-cü ildə 5,9 mlrd. manata çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər