21 Noyabr 2023 11:20
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi sənəd ermənilərin müdafiə aktıdır. Bu sənəd ermənilərin zorla Qarabağdan qovulduğunu iddia edir. Milli Məclisdə sözügedən məsələ bu gün müzakirə olunacaq".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan təxribatlarını davam etdirilib: "Ancaq Azərbaycan Qarabağda qanunsuz separatçı rejimin varlığına son qoyaraq, beynəlxalq hüququ tam təmin edib. Bu gün Azərbaycanın istəyi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasıdır. Təəssüf ki, Ermənistan hələ də məkrli siyasətindən əl çəkmir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər