4 Dekabr 2023 09:53
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir".

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

O, Azərbaycanın mina problemi ilə üzləşməsindən təəssüfləndiyini bildirib: "Mina qurbanlarına yardım çox vacibdir. Mina qurbanları və onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər