“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.
Teleqraf.com xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 15 dekabr saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.