15 Dekabr 2023 13:19
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.

General-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur. O, daha əvvəl FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.

Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova isə, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər