19 Dekabr 2023 11:13
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-i Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyev növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

O qeyd edib ki, YAP-ın bu qərarı bütövlükdə cəmiyyətin iradəsinin ifadəsi kimi başa düşülür. Spiker son 20 ildə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atdığını bildirib:

“Sözsüz ki, Azərbaycanın uğurları bundan sonra da davam edəcək. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Azərbaycan tarixinin ən parlaq səhifəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılıb".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər