Azərbaycanda ilk dəfə keçirilən iki günlük “Mədəni irs” forumu başa çatıb.
Teleqraf.com xəbər verir ki, forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Forumun ikinci günündə lll panel üzrə müzakirələr aparılıb.
Panellərdə Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri, postkonflikt dövründə Azərbaycanın tarixi-mədəni və təbii irsinin qorunması, mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri ətrafında müzakirələr aparılıb.