Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 450 kv.m. sahədə qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.