Jurnalist Elnarə Qasımova saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun sosial şəbəkələrdə məlumat yayılıb.
Vəkili Bəhruz Bayramov bildirib ki, o, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.
Elnarə Qasımova “Abzas Media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub.