Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçilərə çağırış edib.
Teleqraf.com xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında deyib ki, səsvermə kabinələrinə əlində seçki bülleteni olan seçicidən başqa heç kim yaxınlaşa bilməz:
"Seçici səs verdikdən sonra əlindəki bülleteni şəffaf qutuya atmasını hər kəs görməlidir. Bununla bağlı müşahidəçilərdən diqqətli olmalarını xüsusilə xahiş edirəm".