7 Fevral 08:40
203
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB PA missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan Senatının sədr müavini Jakip Asanov başçılıq edir.

J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.

Saat 08:00-da səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyasının rəhbəri buradakı şəraitlə tanış olub və seçki məntəqəsinin rəhbərinə bir sıra suallar verib.

Məntəqə sədri Süleyman Əliyev burada seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, bir neçə gündür həm yerli, həm də xarici müşahidəçilərin bu məntəqəni ziyarət etdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər