"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov növbədənkənar prezident seçkilərində səs verib.
Teleqraf.com xəbər verir ki, tanınmış mütəxəssis 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Q.Qurbanov daha sonra öz təəssüratlarını AZƏRTAC-la bölüşüb: "Bu anı uzun zamandır gözləyirdik. Öz seçimimi etdim. Buraya gəlib səs verən hər kəs çox istəklidir, onların Vətənə sevgisi hiss olunur. Mən də bu ölkənin bir vətəndaşı kimi sevə-sevə öz səsimi verdim".