21 Fevral 15:58
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan su diplomatiyası məsələlərində çox fəaldır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Heyko Şvarts "Qarabağ bölgəsində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda deyib.

"Su diplomatiyası mövzusu hər il daha böyük əhəmiyyət kəsb edir. Çünki su çatışmazlığı təkcə ayrı-ayrı şəxslər deyil, millətlər və ölkələr tərəfindən də hiss olunur. Bilirəm ki, Azərbaycan aşağı axın ölkəsi kimi bu problemlərlə üzləşir.

Almaniya da su və su resurslarının idarə olunmasını mühüm mövzu hesab edir. Ötən il Cənubi Qafqazın su resursları üzrə üç ölkəsi olan Azərbaycan, Ermənistan və Gürcüstandan doqquz ekspert bizim bu problemin həllinə necə yanaşdığımızı öyrənmək üçün Almaniyaya səfər ediblər.

Bu səbəbdən hesab edirik ki, yalnız birlikdə çalışsaq, bu problemi həll etmək və aradan qaldırmaq olar. Bu problemlərin həllində çox fəal olan Azərbaycanın rolunu qeyd etmək lazımdır", - deyə o qeyd edib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər