Bələdiyyələrin başqa ölkələrdə çox sayda sosial müəssisələri var, yerli məsələlərdə insanlara çevik yardım edirlər, turizm, tikinti sahəsində aktiv iştirak edirlər. Amma bu, bizdə yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanda bələdiyyə sosial həyatda iştirak etmir: “Bələdiyyə teatrları olmalıdır, rayonlarda teatrın inkişafı, mədəniyyətin inkişafı həm də bundan asılıdır. Bələdiyyə seçkiləri ərəfəsində bu məsələyə ciddi yanaşmalıyıq. Bələdiyyələrə qəbiristanlıqları verirlər, heç onu götürmək istəmirlər. Çünki onların vəsaiti yoxdur”.