Telefon abunəçilərinin sayının artması maraqlı statistik məlumatların ortaya çıxmasına şərait yaradır. Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı stasionar telefon abunəçiləri nə az, nə çox düz 56557 nəfərdir.
Teleqraf.com xəbər verir ki, soyadlar üzrə abunəçi sayı belədir: Əliyev 43258, Məmmədova 29287,Hüseynov 27047, Əliyeva 22947, Həsənov 21092, Quliyev 20014, İsmayılov 15572, Əhmədov 14903, Hüseynova 14386, Abdullayev 13227, Abbasov 12550 Cəfərov 11411 abunəçi.
Qeyd edək ki, statistik məlumat Respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir.
İLHAMƏ