1 Aprel 18:42
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə "Yaradıcı Yazarlıq Emalatxanası" adlı layihə baş tutacaq.

Bu haqda Teleqraf.com-a Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib:

"Yaradıcı Yazarlıq Emalatxanası"nın əsas məqsədi yazı sənətinin incəliklərini, hekayə yazmağın texnikasını öyrətməkdir. Yazıçı namizədlər həm türk, həm də Azərbaycan ədəbiyyatının görkəmli əsərlərini təhlil edəcək, böyük yazıçıların üslublarından nümunələr götürəcəklər. Təhlil və təsvir bacarıqları inkişaf edən yazıçı namizədlərin üslub və ədəbi dildə yazmaq bacarıqları formalaşacaq. Türk və Azərbaycan ədəbiyyatının mühüm əsərlərinin araşdırılacağı proqramda namizəd yazarlar uzun bir araşdırmaya başlayacaqlar.

"Yaradıcı Yazarlıq Emalatxanası"na şəxslər müsahibə əsasında qəbul ediləcək və 18-30 yaş arasındakı namizədlərə üstünlük veriləcək. Qeydiyyat aprelin 9-da yekunlaşacaq. Təlimlər yazar Ramil Əhməd tərəfindən baş tutacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər