17 Aprel 08:38
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.


Müəllif: Teleqraf.com