23 Aprel 13:22
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanda elektron siqaretin istifadəsinin qadağan olunmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, komitə sədri bildirib ki, dünyanın bir çox ölkələrində bu siqaret növü getdikcə qadağan edilir.

T.Mirkişili apardığı araşdırmaya görə, elektron siqaret gənclər arasında geniş yayılan, dəb, moda halını alan amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq siqaret çəkmək növüdür:

“Əgər xanım sədr siz də icazə versəydiniz, Aqrar siyasət komitəsi ilə kiçik araşdırma aparardıq. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda buna qadağa yoxdur və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəyə idxal olunur. Əgər iqtisadi cəhətdən bu zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər