1 İyun 17:57
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərimizin övladlarının iştirakı ilə bayram tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid oğullarımızın yadigar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər.

Əvvəlcə şəhid övladlarının iştirakı ilə Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Sonra Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron RİH-nin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə bədii hissə təşkil edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin direktoru İlhamə Abdullayeva çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir.

Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqlarin keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülüb, layihələr həyata keçirilib. Həmçinin qeyd edilib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

Daha sonra rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının ifasında hazırlanan bədii proqramda şanlı zəfərimizə, qəhrəman şəhidlərimizə, vətənimizə və Qarabağa həsr olunmuş mahnı və maraqlı rəqs nömrələri nümayiş olunub.
Daha sonra “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.







Müəllif: Teleqraf.com

Oxşar xəbərlər