5 İyun 00:52
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi mütəmadi olaraq, aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatları vətəndaşların nəzərinə çatdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.

Bildirilib ki, AEM tərəfindən 2024-cü ilin may ayı ərzində Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17 aptek olmaqla, ümumilikdə 46 aptekdə yoxlama aparılıb.

Üç aptekdə plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci, 452.3-cü, 452.4-cü maddələri üzrə protokollar tərtib edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər