7 İyun 12:50
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsaslı xərclər mövcud büdcə ilə müqayisədə 3 milyard 307 milyon manat artacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, icmal büdcənin kəsrinin məbləği təsdiq edilmiş büdcə ilə müqayisədə daralacaq, İşsizlikdən Sığorta Fondunun büdcəsi isə təsdiq olunmuş məbləğdə saxlanacaq:

“Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər səviyyədə, yəni 22,9 milyon manat (4,4 faiz) artırılmaqla 539,3 milyon manat təşkil edəcək”.

Samir Şərifov bildirib ki, büdcə zərfinə dəyişikliklərin əsas hədəfi ölkənin artan gəlirləri hesabına prezidentin müəyyən etdiyi məsələlərin həlli üçün əlavə maliyyə təminatı yaradılmasıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər