13 İyun 17:36
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa rayonu Yaycı kəndində kombaynda və taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Culfa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kombaynın saman toplayan hissəsində yığılan saman və 50 kvadrat metr biçilmiş taxıl sahəsi yanıb, kombaynın digər hissələri və biçilməmiş taxıl sahəsi yanğından mühafizə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər