16 İyun 08:09
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Əjdərbəy məscidində Qurban Bayramının namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.


Müəllif: Teleqraf.com