2 İyul 11:25
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yaşayış komplekslərinin birində ipoteka krediti şərtlərilə mənzil sahibi olmaq istəyən bir qrup vətəndaşın üzləşdiyi dələduzluq faktı ilə bağlı ərazi üzrə polis orqanında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan əməli törətməkdə şübhəli bilinən Maya Mustafayeva polis əməkdaşları tərəfindən saxlanılıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı 17 may 2024-cü il tarixində saytımızda yayımlanan "MİDA-da dələduzluq: Evi arendaya götürüb, kişinin başına elə oyun açdılar ki..." başlıqlı yazıda qaldırılan məsələ ilə bağlı Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, araşdırmalarla Maya Mustafayevanın işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan vədlər verərək etibardan sui-istifadə və aldatma yolu ilə ayrı-ayrı vətəndaşlara külli miqdarda maddi ziyan vurması müəyyən edilib.

Məhkəmənin qərarı ilə Maya Mustafayeva barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məlumat üçün bildirək ki, dələduzluğun qurbanı olan zərərçəkmiş Mikayılov Şəmşad Vəkil oğlu saytımıza müraciət edərək bildirib ki, Mustafayeva Maya Rövşən qızı 03.09.2023-cü il tarixində onu güzəştli mənzil satmaq məqsədilə aldadaraq dələduzluq yolu ilə 17 500 manat pulunu mənimsəyib və onu 2023-cü ilin avqust ayında Yasamal rayonu, MİDA 2, bina 13, blok 38, mənzil 43-ə köçürüb.

Sonradan məlum olub ki, Maya Mustafayeva Mikayılov Şəmşad Vəkil oğluna satış məqsədilə təklif etdiyi evi özü Əliyev Gülrza adlı şəxsdən kirayəyə götürüb.

Hazırda zərərçəkmiş Yasamal rayonu, Mida 2, bina 13, blok 38, mənzil 43 ünvanından çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər