"Ötən seçkilərdə azad olunan ərazilərdə seçki məntəqələrinin yaradılması üzərində işlənilib".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, İşğaldan azad olunan ərazilərdə yeni seçki məntəqələri yaradılacaq:
"Həmin ərazilərdə 26 seçki məntəqəsi var idi. Yəqin ki, kifayət qədər də artacaq. Çünki əhalinin qayıdış proqramı ilə əlaqədar oraya qayıdan əhalinin sayı da artıb. Növbəti iclasda bu məsələ gündəliyə çıxarılacaq".