İsrailin keçmiş baş naziri Ehud Barak Tehranın hava hücumuna cavab olaraq, ölkəsinin İranın neft obyektlərini vura biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir İsrailin bu addımı atması üçün əsaslarının olduğunu deyib.
“İsrailin cavab verməyə məcburedici ehtiyacı, hətta imperativi var. Məncə, Yer kürəsində heç bir suveren dövlət belə bir halı cavabsız qoymazdı”, - Barak bildirib.
Barak Yəmənin Xudeyda şəhərində husilərin neft obyektlərinə son zərbələri İranın hücumuna cavab verəcək İsrailə nümunə kimi göstərib. Xudeydaya zərbə İranın dəstəklədiyi husilərin yəhudi dövlətinə raket atmasından sonra həyata keçirilib.
“Belə bir şey görə biləcəyimizi düşünürəm. Bu, böyük bir hücum ola və bir dəfədən çox təkrarlana bilər”, - keçmiş baş nazir vurğulayıb.
Barak İranın nüvə obyektlərinin də hədəfə alınmalı olduğunu söyləyib: “Bəzi şərhçilər və hətta müdafiə qurumunda bəzi insanlar var ki, onlar belə bir sual qaldırıblar: Niyə hərbi nüvə proqramına zərbə vurulmur?”.
Sabiq rəsmi İsrail rəhbərliyini bu barədə ciddi düşünməyə, qərar verərkən gecikməməyə çağırıb.
“Hazırda İranın hələ (nüvə) silahı yoxdur. Amma kiçik bir arsenala sahib olmaq üçün yarım və ya bir lazım ola bilər”, - Ehud Barak əlavə edib.