14:34
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailin İrana mümkün hücumunda iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadla “Financial Times” yazır.

Nəşrin məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmiləri son günlər İsrail nümayəndələri ilə cavab tədbirlərinin miqyasını məhdudlaşdırmaq və daha böyük regional münaqişənin qarşısını almaq məqsədi ilə bir neçə dəfə danışıqlar aparıblar.

“ABŞ və İsrail nümayəndələri İsrailin İranın hərbi obyektlərinə və enerji infrastrukturuna zərbə endirmə ehtimalını müzakirə edirlər”, - nəşrin həmsöhbətləri deyirlər.

ABŞ rəsmisi bildirir ki, Vaşinqton zərbədə iştirak etmək niyyətində deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər