4 Oktyabr 14:04
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyi İsrailə qarşı son hava hücumlarından danışıb.

Teleqraf.com xəbər verir ki, o, bu addımı “qanuni” adlandırıb.

“İran silahlı qüvvələrinin parlaq hərəkətləri tamamilə qanuni idi”, - Xameneyi deyib.

İranın dini başçısı həmçinin qeyd edib ki, öz vəzifələrini yerinə yetirmək üçün nə gecikir, nə də tələsirlər.

"İranın düşməni Fələstin, Livan, İraq, Misir, Suriya və Yəmənin də düşmənidir", - Xameneyi əlavə edib.

Onun fikrincə, ABŞ və müttəfiqləri İsraili regiondan Qərbə enerji ixrac edən qapıya çevirmək üçün onun təhlükəsizliyini qoruyur, amma bölgədəki “müqavimət hərəkatları” (İranın dəstəklədiyi proksi qüvvələr, yaxud terror təşkilatları - red.) yəhudi dövlətinə qarşı geri çəkilməyəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər