18:18
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xidmət sahəsini artırmaqda davam edən Bazarstore yeni mağazasını işğaldan edilmiş Cəbrayılda açıb.

Ümumi sahəsi 1000 m²-ə yaxın olan mağaza bol çeşid və sərfəli qiymət ilə müştərilərə xidmət edəcək.

Artıq Cəbrayıla qayıdan yerli sakinlər, həmin ərazilərdə xidmət edən hərbçilərimiz, həmçinin işğaldan azad edilmiş torpaqların yenidən qurulmasında iştirak edən qurumların əməkdaşları Bazarstore-dan alış-veriş edə bilərlər.

Yüzə yaxın marketlə fəaliyyət göstərən Bazarstore , qısa müddətdə bütün Qarabağda xidmət göstərməyi planlayır.

Qeyd edək ki, mağaza Bazarstore-un Qarabağda sayca 2-ci mağazasıdır.

Bundan öncə şəbəkənin Füzulidə mağazası istifadəyə verilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər