4 Oktyabr 13:27
12 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb NATO ölkələrindən öz “sülhməramlı kontingentin”i guya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Cənubi Qafqaza yeritməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov deyib.

“Əlbəttə, amerikalılar və avropalılar Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Qərb İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və de-yure BMT və de-fakto NATO-nun himayəsi altında özünün “sülhməramlı kontingenti”nin regionda yerləşdirilməsinə nail olmağa çalışır.

Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədində yerləşən müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin (ABŞ-ı nəzərdə tutur red.) maraqları naminə Rusiya və tərəfdaşlarımızla bağlı kəşfiyyat fəaliyyətini həyata keçirir”, - Bortnikov vurğulayıb.

Onun sözlərinə görə, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır, bu da Azərbaycanla gələcək münasibətlərində İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.

“NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, alyansın Cənubi Qafqazda möhkəmlənməsi regionda sabitliyə heç bir töhfə verməyəcək”.

FSB rəhbəri həmçinin bildirib ki, ABŞ və müttəfiqləri özlərinin həyata keçirmədikləri və ya planlaşdırmadıqlarını başqalarından tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər