İran Qətər vasitəsilə ABŞ-a mesaj göndərərək bildirib ki, regional müharibəyə can atmır, amma birtərəfli özünü məhdudlaşdırma mərhələsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Əl-Cəzirə” məlumat yayıb.
İran tərəfi həmçinin qeyd edib ki, İsrailin istənilən hücumuna cavab veriləcək, bu durumda da əsas hədəflər onun infrastrukturu olacaq.