4 Oktyabr 12:36
4 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərki kəndi (Naxçıvan) yaxın gələcəkdə Azərbaycana təhvil verilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.

“Kərki ilə bağlı Paşinyana sual verəndə aydın cavabdan yayındı. Ona iki sual verdim: Kərki və azərbaycanlıların (Qərbi Azərbaycana) qaytarılması barədə. Maraqlandım ki, bu məsələlərlə bağlı müzakirələr olubmu? Bu sualların cavabından yayınmağı ilə ən azı mənə aydın oldu ki, Paşinyan yaxın gələcəkdə Kərkini təhvil vermək və azərbaycanlıları Ermənistana qaytarmaq niyyətindədir”, - deputat bildirib.

Xarici işlər nazirinin müavini Vaan Kostanyan bundan öncə söyləmişdi ki, sülh müqaviləsində azərbaycanlı qaçqınların Ermənistan və ya Qərbi Azərbaycanda məskunlaşdırılmasından söhbət getmir.

Danielyanın nazir müavininə təpkisi belə olub:

“Əgər belə bir məsələ yoxdursa, niyə bunu Nikol Paşinyan demir? Qərar verən Kostanyan yox, Nikol Paşinyandır. Özü də söyləyib ki, hətta hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları da (Azərbaycanla) danışıqlardan xəbərsizdir. Kostanyan kimdir ki, qərar qəbul etsin?! Qərarı Paşinyan qərar verir, sənədi masanın üstünə qoyur və qərarı qəbul edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər