İyulun 20-də Milli Müdafiə Universitetinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi və zabit heyətinin iştirakı ilə dəyirmi masa keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hərbi liseydə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rektoru polkovnik Gündüz Əbdülov Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri və hərbi təhsil sisteminin inkişaf perspektivləri barədə danışıb, dünyanın qabaqcıl ölkələrinin bu sahədə təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev kursantların fərdi bacarıq və intellektual səviyyəsinin artırılması, eləcə də analitik təfəkkür və yaradıcılıq qabiliyətinin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlərə dair ətraflı məlumat verib.
Tədbirin sonunda 2023-2024-cü tədris ilində liseydə həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin növbəti tədris ili üçün planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yeni rəis təyin edilib.
Qeyd edək ki, Anar Mirzəyev 2022-ci ildə liseyin rəis müavini vəzifəsinə təyin olunmuşdu. O, Hərbi liseyin rəisi vəzifəsi vakant olduğundan, həm də rəis vəzifəsini icra edirdi.