24 İyul 12:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni, Xalq artisti Ağadadaş Ağayevlə "MedEra" klinikasının mühafizəçisi N.Cəlilov arasında dava hələ də müzakirə olunmaqdadır.

Qeyd edək ki, onların hər ikisi barədə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Hadisədə zərərçəkən üçüncü şəxs isə "MedEra" klinikasında xadimə işləyən N.Paşayevadır. Belə ki, müğənni Ağadadaş Ağayevin atdığı baltanın onu ayağından yaraladığı bildirilir. Dünəndən bəri hadisənin bir çox təfərrüatlarına aydınlıq gətirilsə də, təəssüf ki, gün ərzində N.Paşayevanın müalicəsi və səhhəti barədə çalışdığı klinika tərəfindən heç bir açıqlama verilmədi.

Teleqraf.com-un məsələ ilə bağlı "MedEra" klinikasına ünvanladığı suallar cavabsız qaldı.

Klinikaya yaxın mənbələrdən Bakupost.az-a verilən məlumata görə, N.Paşayeva məlum insident zamanı ayağından yüngül xəsarət alıb. Onla klinikada ilkin tibbi yardım göstərilib. Dünən o, artıq evə buraxılıb. Məlumatlı mənbə klinika rəhbərliyinin həmin qadına və tibbi personala hadisə barədə mediaya heç bir açıqlama verməmək barədə qəti göstəriş verdiyini də vurğuladı.

Klinikadan N.Paşayevanın hazırda səhhətinin necə olduğu, xəstəxanada olduğu, yoxsa evə buraxıldığı barədə suallarla bağlı heç bir məlumat verilmir.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər