Ağciyər xərçənginin qarşısını almağa kömək edən məhsulları gündəlik qidanıza əlavə etsəniz, bu xəstəliyə tutulma riskinizi azala bilər. Ağciyər xərçəngi üçün ən böyük risk faktoru siqaret sayılsa da, bu xəstəliyin yaranmasında digər səbəblər də var.
Teleqraf.com xəbər verir ki, xərçəngə tutulma hallarını azaltmaq üçün gündəlik həyatınızda edə biləcəyiniz bir çox seçimlər var .
İlk növbədə tütündən imtina xərçəng riskinizi azaltmaq və ümumi sağlamlığınızı yaxşılaşdırmaq üçün ən yaxşı yollardan biridir. Bununla belə, ağciyər xərçənginin qarşısının alınmasında rol oynaya biləcək başqa amillər də var. 20-ci əsrin əvvəllərində ağciyər xərçəngi çox nadir bir xəstəlik idi. Onun yüksəlişi, əsasən, ABŞ-da insanlar arasında siqaret çəkmə nisbətinin artması ilə bağlıdır.
Əgər ailə üzvlərindən birində ağciyər xərçəngi varsa, ona tutula riski iki dəfə artır. Həm genetik, həm də ətraf mühit faktorları bu riskin güclənməsinə kömək edir.
Araşdırmalar göstərir ki, fiziki fəaliyyət qadınlarda ağciyər xərçəngi riskini 20-30 faiz, kişilərdə isə 20-50 faiz azalda bilər.
Xərçəngin qarşısının alınmasında qidalar mühüm rol oynayır. Yağsız olan yeməklər, həmçinin, alma, soğan, brokoli, qırmızı bibər, yaşıl çay, balqabaq xərçəng ehtimalını minimuma endirir.
Sarımsaq xərçəngdən qorunmaqda mühüm rol oynayır. Çində aparılan bir araşdırma göstərib ki, həftədə iki dəfə çiy sarımsaq yemək insanlarda ağciyər xərçəngi riskini 44% faiz azaldır.
Tağızadə İradə