Meyvə istehlakı qidalanmanın vacib hissəsidir. Tərkibindəki vitamin və minerallar orqanizm üçün faydalı olsa da, ondan istifadə uzun müddət davam etməməlidir. Çünki həddən artıq meyvə istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, çox meyvə yemək piylənmə və şəkər kimi xəstəliklərin baş qaldırmasına gətirib çıxarır.
Doktor Elvan Yılmaz Akyüz bildirib ki, lazımi miqdardan çox istehlak edilən meyvələr tərkibindəki təbii şəkərin yağ olaraq yığılması ilə nəticələnir. Bununla da kökəlmə sürətlənir.
Sağlam qidalanmanın açarlarından birinin gündəlik meyvə və tərəvəz istehlakı olduğunu ifadə edən Akyüz qeyd edib ki, hər meyvənin sağlamlığa fərqli təsiri var. Bu məqamda ən çox diqqət yetirilməli şey istehlak miqdarıdır. Çünki meyvələr sağlam qidalanmanın bir parçası olsa da, çox miqdarda yemək müxtəlif problemlərə səbəb olur.
Doktor Akyüzün məsləhəti budur ki, meyvənin şirəsi əvəzinə onun özünü yemək daha faydalıdır. Akyüz meyvənin qabıqlarını soymadan yeməyi tövsiyə edir. Qabıq mümkün qədər nazik soyulmalıdır.