21 Avqust 17:38
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qusar rayonunun İmamqulukənd kəndində Gənc Liderlik Düşərgəsi təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsində paylaşım edilib.

Qeyd olunub ki, düşərgədə 80 gənc kənd sakini üçün komanda işi və liderlik bacarıqları üzrə təlimlər keçirilib.

“Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul və məzunlar üzrə koordinator Lamiyə Süleymanzadə düşərgə iştirakçılarını Amerika mədəniyyəti ilə tanış ediblər. Təşkilatçılarımızı uğurlu proqram münasibətilə təbrik edirik!”, – paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər