Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Aparat rəhbəri – Baş katib təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Orxan Babayev gətirilib.
Qeyd edək ki, 2019-cu ildən Vəkillər Kollegiyasının üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 2018-ci ildən Kollegiyanın Aparatında hüquqşünas-məsləhətçi, baş hüquqşünas-məsləhətçi, şöbə müdiri vəzifələrini icra edib.