28 Avqust 15:35
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Iqlimə dair Paris razılaşmasına əməl edilməsə və temperatur 4-5 dərəcə artsa, Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ancaq bu razılaşmaya əməl edilərsə, bu gösəricinin 20-25 % çivarında olacağı gözlənilir:"Buna baxmayaraq biz bu gündən hazır olmalıyıq ki, gələcəkdə bu problemlərlə üzləşməyək. Bəzən quraqlıq illərdə illik normanın 40-50 %-i qədər su olur və bu kəskin su qıtlığına səbəb olur. Bu səbəbdən də indidən infrastrukturumuzu hazır eləməliyik".

R. Verdiyev hesab edir ki, erkən xəbərdarlıq sisteminin tətbiqi həm su ehtiyatları ilə bağlı, həm digər sahələrdə ciddi yaxşılaşmalara, inkişafa kömək edəcək: "Bu həm də qurumlara öz sahələrində su ilə bağlı hər hansısa hadisələrin azaldılmasına imkan verəcək".

O xatırladıb ki, ötən il "Milli Hidrometeorologiya Xidmətinin inzibati binasında Situasiya Mərkəzi fəaliyyətə başlayıb ki, bu da, erkən xəbərdarlıq sisteminin yaradılması layihəsi çərçivəsində atılan ilkin addımdır: "Bu yaxınlarda Yaşıl İqlim Fondu nazirliyin erkən xəbərdarlıq sistemi ilə bağlı layihəyə 30 milyon ABŞ dolları maliyyələşmənin ayrılması ilə bağlı baxış mərhələsini sona çatdırıb. Artıq layihə təsdiq üçün təqdim edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər