Avqustun 29-da Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaşın cümə xütbəsində Atatürkün adını çəkməməsi əks-reaksiyalar doğurub.
Teleqraf.com xəbər verir ki, cümə xütbəsində Əli Ərbaş Bədrdən Malazgirtə, Çanaqqaladan 15 iyula, 1900-cü ildən bu günə qədər dünyasını dəyişən qaziləri, dövlət xadimlərini rəhmətlə yad etsə də Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını çəkməyib.
Cümə namazından sonra bu məsələ ilə bağlı jurnalistlərə açıqlama verən İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri Əkrəm İmamoğlu deyib: "Torpaqlarının işğalına son verən komandanı, vətəni xilas edən adamı yad etmirsiniz. Diyanət İşləri Başqanı bu məmləkətin milli duyğularını daşıyan adam deyil, Allah onu islah etsin".
Ötən gün Türkiyədə 30 Avqust- Zəfər Bayramında Əli Ərbaş səhvini düzəldərək Mustafa Kamal Atatürk üçün dua edib.