11 Sentyabr 21:30
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni bir araşdırmaya görə, həftədə 1-dən çox yumurta yeyənlərdə alzheimer riskinin 47 faiz daha az olduğu təsbit edilib.

Teleqraf.com-un verdiyi məlumata görə, araşdırmalardan məlum olub ki, yumurta istehlakı alzheimer xəstəliyinin inkişaf riskini azaldır. Həftədə bir dəfədən çox yumurta yeyənlərdə alzheimer riskinin 47 faiz azaldığı müəyyən edilib.

Xolin yaddaş, əhval-ruhiyyə və əzələlərə nəzarət üçün lazım olan nörotransmitter olan asetilkolin sintezinə kömək edir və B qrupunun vitaminlərindən biri hesab edilir. Buna görə də, xolin qəbulunun təmin edilməsi idrak funksiyalarını dəstəkləyə, həmçinin bəzi nevroloji xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Xolin baxımından ən zəngin qidalardan biri yumurtadır. Bu vitamin daha çox yumurtanın sarısında olur.

Xolin ehtiva edən qidalara toyuq əti, hinduşka əti, mal əti, balıq, ispanaq, brokoli, badam, qoz, gül kələmi və kətan toxumu da daxildir.

Mütəxəssislər sənaye yumurtalarının məsləhət görülmədiyini və gənclərimizin, uşaqlarımızın gündə 1-2 yumurta istehlak etməsinin motivasiyaları, enerjiləri, əzələ hərəkətləri və yuxu rejimi üçün faydalı olduğunu bildirib.

Yumurtanı daha çox qaynadılmış formada istehlak etmək tövsiyə olunur. Tərəvəzlərlə birlikdə istehlak edilərsə, E vitamini miqdarı da artır. Xolesterol problemi olanlar isə həftədə 4-5 yumurta istehlak edə bilərlər.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər