20 Sentyabr 13:21
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğın Nəzarəti Xidməti, Elm və Təhsil Nazirliyinin nümayəndələri, şəhid ailələri və qazilər, məktəb kollektivi iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, hər bir vətəndaşın mümkün fövqəladə hal barədə zəruri davranış qaydaları barədə məlumatlı olmasının faydasını qeyd ediblər.

Daha sonra FHN-in əməkdaşları tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub.

Sonra məktəblilərin təqdimatında nümayiş olunan fövqəladə hallarla bağlı bədii hissə tədbir iştirakçılarının marağına səbəb olub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər