“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində “Budyo-Qlimt”lə oyun üçün Norveçə yollanıb.
Klubdan Teleqraf.com-a verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.
Qeyd edək ki, noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.